Özünü xəstəxana binasından atmaq istədi - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəstəxana binasından özünü atmağa cəhd edən şəxs şou göstərməyə çalışıb”.
BAKU.WS xəbər verir ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasından oxu.az-a verilən məlumata görə, intihara cəhd edən şəxs sözügedən müəssisədə həyata keçirilməsi mümkün olmayan tələblər irəli sürüb:
“O, xəstəxanaya müayinə və müalicə məqsədilə gəlib. Həkimlər tərəfindən zəruri müayinələr aparılıb. Lakin o, xəstəxanada prostat və babasil əməliyyatı olunmaq istədiyini bildirib. O, göndərişlə başqa xəstəxanaya yönləndirilib. Göndəriş müddəti bitdikdən sonra yenidən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlib və əməliyyat edilməsini tələb edib. Tibb işçiləri tərəfindən ona sözügedən əməliyyatın burada həyata keçirə bilinməyəcəyi izah edilib.
Lakin həmin şəxs həkimlərə xəsarət yetirib və etiraz olaraq intihara cəhd edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun intihara cəhdinin qarşısı alınıb. Araşdırma aparılır”.
***15:43
Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qadın özünü pəncərədən atmaq istəyib.
BAKU.WS-in məlumatına görə, hadisə anının görüntüləri sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə gənc qızın pəncərədən düşməyə çalışdığı və xəstəxanadakı insanların onu xilas etməyə çalışması əks olunub.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...