Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla sözügedən şəxsin müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirdiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.
Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Şəkidə müəllim vəfat edib
Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbində Hərbi Hazırlıq rəhbəri vəzifəsində işləyən Vahid Abdulhəmidov vəfat edib. BAKU.WS xəbər verir ki, o b...