Özünü “Azəriqzın” işçisi kimi təqdim edib vətəndaşları aldatdı - FOTO
30
may
2019
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə dələduzluq edən Göygöl rayon sakini saxlanılıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər müxtəlif maddələrlə məhkumluq həyatı yaşayan Göygöl rayon sakini 28 yaşlı Rəfail Əsgərov saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, Rəfail Əsgərov özü üçün saxta ad seçib və bu adla xüsusi vəsiqə düzəldib. Sözügedən vəsiqə ilə müxtəlif ünvanalarda sayğaclara baxış keçirən Əsgərov cihazın sıradan çıxdığını bəhanə gətirərək vətəndaşlardan 10 manat pul alıb. Polis Rəfail Əsgərovun əməlindən zərər çəkən şəxslərdən Kəpəz rayon Polis İdarəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələrini xahiş edir.
Qalereya
Oxşar xəbərlər
33 yaşlı oğlanı bıçaqladılar
Gəncədə bıçaqlanma hadisəsi baş verib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini 1986-сı il təvəllüdlü Elçin Əliyev bıçaqlanıb.O, döş...