Özünə "peyğəmbər" deyərək dörd il gizlənə bildi: Qətlə görə tutuldu

2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs dörd il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.
Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü "peyğəmbər" elan edib, onkoloji xəstələri üç saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt "müalicə etdiyi" qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.
Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.
Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.
Geridə qalan dörd il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.
Fotoda: Cahangir Ramazanov
Fotoda: Ülfət Höccətov
Oxşar xəbərlər
Azərbaycanın Uraldakı diasporunun rəhbərinin oğlu saxlanıldı
Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu ba...