Övladına xəsarət yetirməkdə ittiham olunan AXCP funksioneri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon təşkilatına rəhbərlik edən Əhməd Əhmədov saxlanılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, partiya funksioneri öz övladına fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.
Ciddi bədən xəsarətləri alan övladın atası barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.
Daxil olan müraciət əsasında faktla bağlı cinayət işi açılıb və Ə.Əhmədov istintaqa cəlb edilərək tutulub.
Məhkəmə prosesində çıxarılan qərara əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.
Oxşar xəbərlər
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sər...