Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyana gətirilib - FOTO
Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu gün şəhidlə doğulduğu evdə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Hacıyev Təhsin Fikran oğlu 1973-cü il aprelin 24-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin T.Hacıyevə məxsus olduğu təsdiqlənib.
Qalereya
Oxşar xəbərlər
30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayo...