Ötən il kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub

"Müasir şəraitdə Azərbaycan Respublikasının əsas prioritet vəzifələri sırasında ölkənin kibersuverenliyinin təmin edilməsi xüsusi yeri tutur. Kritik infrastrukturlu obyektlərinin etibarlı formada mühafizəsi, vətəndaşların hüquqları və qanuni mənafelərinin müdafiəsi ayrılmaz şəkildə kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlıdır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Nizami Səfərov deyib.

O bildirib ki, dövlət başçısının 19 mart 2025-ci il tarixli sərəncamına əsasən təsdiq olunan "Azərbaycan Respublikasının 2025-28-ci illər üçün süni intellekt Strategiyasının" əsas məqsədləri sırasında milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiya manipulyasiyasının, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün rəqəmsal alətlərin etimadlılıq səviyyəsinin gücləndirilməsi xüsusi yeri tutur:
"Son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsilə saxta videomüraciətlərin yayılması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsilə külli miqdarda vəsaitlərin əldə olunması təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub. Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri tədbirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləşdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensiyalarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir".
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ baş verdi
İyunun 4-də Lerik rayonunda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumata görə, Azərbaycan Milli...
