Ötən il Azərbaycanda 481 körpə ölü doğulub
25
avq
2026
15:27
Ötən il Azərbaycanda 481 körpə ölü doğulub.
BAKU.WS report-a iatinadən xəbər verir ki, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.
Bundan başqa 522 körpə 7 günədək ömür sürüb. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 10,4 nəfər olub.
Həmçinin ölkədə ötən il üzrə 1312 bir yaşadək körpə ölümü baş verib. Beş yaşadək ölən uşaqların sayı isə 1634 olub.
Bundan başqa, 2025-ci ildə 26 ana ölümü qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb
Azərbaycanda 2025-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 olub. BAKU.WS report-a istinadən xəbər verir...