Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Hadisə 40

Vətəndaşların bank kartlarından aprelin 23-də 20 min 332 manat oğurlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 9 920, 1 800, 1 411, 1 390, 1 255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Məlumatda qeyd olunub ki, vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Oxşar xəbərlər

Son xəbərlər