Ötən gün tonqallar neçə yanğına səbəb olub?
Ötən gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd edilib. İnsanlar müxtəlif ərazilərdə tonqal qalayaraq ətrafına toplaşıb, çərşənbəni qeyd ediblər. Bununla yanaşı bəzi tonqallar yanğın hadisəsinə də səbəb olub.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, 17.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı 7 yanğın hadisəsinə çıxış olub.
Nazirlikdən qeyd edilib ki, yanğınlar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Oxşar xəbərlər
Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb
Bakının Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb. BAKU.WS-in əldə etdiyi məlumata görə, Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxir...