Ötən gün itkin düşən şəxsin meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov BAKU.WS-ə bildirib ki, martın 6-da səhər saatlarında Qızılağac kənd sakini 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlunun yaşadığı evdən çıxıb və bir daha geri qayıtmaması ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu gün Mövlan Məmmədovun meyiti kəndin kənarından keçən su kanalından aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA - YENİLƏNİB - 1
Göyçayda 14 yaşlı qıza keçirilməsi nəzərdə tutulan nişan mərasiminin qarşısı alınıb. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbu...