Ötən gün Gəncə prospekti 103-də nə baş verib? - ANBAAN VİDEO

Ötən gün Gəncə prospekti 103-də nə baş verib? - ANBAAN VİDEO
Video
Hadisə 1218

Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda başlanan tikinti böyük narazılığa səbəb olub.

BAKU.WS xəbər verir ki, Gəncə prospekti 103 ünvanında yaşayış binalarının həyətində yeni bina tikintisinə başlanıb. Bu, həmin ünvanda yerləşən 9 mərtəbəli binanın sakinlərinin etirazına səbəb olub.

Vətəndaşlar uşaqların oynadığı ərazidə tikinti aparılmasının dayandırılmasını istəyiblər.

Sakinlər əvvəlcə tikinti aparan şəxslərlə danışıqlar aparıblar. Lakin danışıqlar sonradan dava ilə nəticələnib.

Bundan əsəbiləşən həmin binada yaşayan 1982-ci il təvəllüdlü Orxan Nəbi oğlu Məhərrəmov doqquzmərtəbəli binanın damına çıxaraq oradan özünü atacağını bildirib. Əraziyə xilasedicilər, polis və təcili yardım həkimləri cəlb olunub.

Tələbə uyğun olaraq aparılan tikinti dayandırılıb. Orxan Məhərrəmov fikrindən daşındırılıb.

Xətai rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, həmin tikinti tam qanun çərçivəsində aparılırmış. Tikintinin sənədləri tam qaydasındadır.

Bakı şəhər Şəhərsalma və Memarlıq İdarəsindən tikintiyə icazə verilib. Sənədlərə əsasən, ərazidə hündürmərtəbəli yaşayış binası tikilməlidir.

Lakin tikinti işləri hələlik dayandırılıb və məsələ araşdırılacaq. Araşdırmalardan sonra qərar veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər