Ötən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb
29
mar
2026
14:05
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar.
Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qobuda sürüşmə baş verib
Abşeron rayonunun Qobu qəsəbəsində sürüşmə hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə gün davam edən intensiv yağıntılardan sonra i...