Ötən ay 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ay ərzində dövlət sərhədində 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd olunub.
Bildirilib ki, ötən ay sərhəddə 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Eyni zamanda, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...