Ötən ay 18 aptekdə yoxlama aparılıb, 3-də nöqsan aşkarlanıb
03
mar
2025
16:27
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.
Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Oxşar xəbərlər
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qab...