Ordumuz Qarabağda hücuma keçən erməni birləşməsinə ağır zərbə vurdu
Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir
Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.
Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı general: "Düşmənə ağır zərbələr vurulacaq"
"Düşmən cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Bu gün ağır artilleriyadan atəş açmağa başlayıblar". Bunu AzVision.az-a hərbi birlik komandiri, ehtiyatda o...