Ordubadda meyxanaçıya söz atan 38 yaşlı kişi kafedə DAVA SALDI

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kafedə dava olub.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iyunun 5-də saat 00:30-da Aza kəndində baş verib.
1987-ci il təvəllüdlü Azər Məmmədov (ad-soyad şərti verilib - red.) həmin kənddə yeməkxanada ictimai qaydanı pozub, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Onun barəsində əvvəlcə kafenin sahibi şikayətçi olub. Kafe sahibi Elşad Ordubad Rayon Polis Şöbəsinə zəng vurub və onları hadisə yerinə çağırıb. Bildirib ki, barəsində şikayət olunan şəxs saat 00:30-da kafeyə sərxoş gəlib, orada meyxanaçıya söz atıb.
Daha sonra kafenin həyətində ucadan səs-küy salıb, nalayiq ifadələr işlədib, sakitləşmək üçün edilən xahişlərə məhəl qoymayıb, özündən çıxaraq stolları təpikləməyə başlayıb, pivə bakalını kafedə oturanların başına çırpmaq istəyib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib. Hakim Tural Haqverdiyevin barəsində olan inzibati iş üzrə qərar elan edilib.
Təqsirli bilinən şəxs 29 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
207 nömrəli məktəbdə İNSİDENT - Şagirdlər mühafizəçiyə BIÇAQ ÇƏKİBLƏR?
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə yaranan xoşagəlməz hadisə ilə bağlı sözügedən təhsil ocağı məlumat yayıb. BAKU.WS Oxu.az-a istina...
