Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
BAKU.WS qafqazinfo-ya iatinadən xəbər verir ki, buna səbəb iş adamı kimi fəaliyyət göstərən N.Əsədovun vergi və sosial ödənişlərdən yayınmasıdır.
Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N.Əsədova məxsus “İnam”, “Nurvin-ST” və “Nəsimi-44” şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna olan 20 min manata yaxın borcunu ödəmədiyini bildirib. Vergi Xidməti biznesmenin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.
Ərizəyə bu gün hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim iddianı təmin edib. Nazim Əsədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Oqtay Əsədov 2005-2019-cu illərdə Milli Məclisinin sədri olub. Nazim Əsədov bir neçə dəfə mediada tikinti sahəsindəki fəaliyyəti ilə gündəmə gəlib.
Oxşar xəbərlər
"Quska" Ziya Məmmədovun sifətinə yumruq ilişdirdi, padnosu başına çırpdı...
Hüseyn Abdullayev verdiyi sözü yerinə yetirdi. Yolunu azmış oliqarx Azərbaycana qayıtdı. Lakin qalib qismində yox, məğlub qismində. İnqilab dalğasının zirvəsind...