Operativ Qərargahın qərarlarını heçə sayan restoran administratoru həbs edildi

Operativ Qərargahın qərarlarını heçə sayan restoran administratoru həbs edildi
Hadisə 354

Gəncədə “Sevincim” şadlıq sarayının inzibatçısı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan BAKU.WS-in bölgə müxbirinə bildirilib.

Açıqlamada qeyd edilib ki, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən “Sevincim” şadlıq sarayının Operativ Qərargah tərəfindən qəbul edilən normadan artıq qonaq qəbul etməsi müəyyən edilib.

Restoran inzibatçısı (administrator) Elşən Hüseynov saxlanıraq RPİ-yə gətirilib. Onun barəsində 211.1 ilə protikol tərtib edilərək, məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə o, 8 gün inzibati qaydada həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər