On min dollara civə satmaq istəyən şəxs tutulub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...