Ölümünə az qalmış gəlinini öldürən qayınata: "Gəlin bazara gedəndə..." – VİDEO
25
fev
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Hüseynəli İsmayılovun həyat hekayəsini yayımlayıb.12 il cəza alan Hüseynəli İsmayılov başına gələnləri danışıb: “Bahar bayramı keçmişdi, mart ayının 28-i gecə saatlarında nəvəm gəldi ki, baba ilaxır çərşənbədə sənə su saxlamışam. Bu sudan stəkana töküb iki qurtum içdim. Halım pisləşdi. Qıza dedim, anana, atana de, məni gözdən qoymasınlar, bəlkə sabaha çıxmadım. Səhər açıldı, bir nəfər gəlib mənimlə maraqlanmadı. Gəlin bazara gedəndə qapının səsi gəldi, çıxdım bayırda gözlədim, dedim mən bunu etməsəm heç kəs etməyəcək, onsuz da 1 həfətəyə qalmaram. Onu öldürməmiş ölməyim.Qayıdanda tüfənglə sinəsindən atəş açdım. İkinci atəşi havaya açdım ki, yuxuludurlar, oyansınlar. Tüfəng əlimdə gedib evdə oturdum ki, görüm kim gələcək? Polislər gəldi. Tutduğum işdən peşman deyiləm. Məhkəmədə hakimə dedim, 12 il azdır, 20 il elə. Yaşayacağıma ümidim yox idi, bilsəydim bu qədər yaşayacam heç onu öldürməzdim”.BAKU.WS
Oxşar xəbərlər
Əlikram Bayramov həyat yoldaşını qaçırmasından DANIŞDI - VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub. Müğənni həyat yoldaşını necə qaçırtdığını danışıb:“O vaxt rəhmətlik anamı gönd...