Ölkəyə qeyri-qanuni yolla dərman keçirilməsinin qarşısı alınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, baş idarənin “Qırmızı Körpü” gömrük postunda “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3 000 kapsul, 1 250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri siqaretlər və dərman preparatları müsadirə ediblər
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn 10 ədəd "Mercedez Benz" markalı yük avtomobili s...