Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonundan axan çaylarda sel və daşqınlara qarşı mübarizə çərçivəsində tədbirlər görülür.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
Bildirilib ki, avqustun 13-ü axşam yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsi artıb və bu da yaşayış məntəqələri və əkin sahələri üçün real təhlükə yaradıb.
Hazırda idarənin 7 ədəd ağır texnikası Qalaçay sisteminə cəlb olunub. Belə ki, həmin çayın keçdiyi və ən çox təhlükə yaranan Yemişənli, Ərmənət, Dəymədərə və Xaçmaz kəndləri ərazisində sel sularından mühafizə işləri həyata keçirilir.
O da qeyd olunub ki, rayon ərazisində olan yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq çayların məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri paralel aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....