Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var

Oğuzda qəza zamanı xəsarət alan sürücülardən biri ölüb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, "Mercedes"in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***16:50
Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib.
Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi "VAZ-2107" və Turan Lətifovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes"də olan sərnişinlər xəsarət alıb.
Hazırda araşdırma aparılır.
***16:15
Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə bacı-qardaşı maşın vurdu
Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun...
