Oğuzda taxıl sahələrinə daraşan siçanabənzər gəmiricilər təsərrüfatlara ziyan vurur
Havaların isti keçməsi Oğuz rayonunun taxıl sahələrində gəmiricilərin sayının artmasına səbəb olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, əsasən arpa, buğda və yonca sahələrinə daraşan siçanabənzər gəmiricilər həmin bitkiləri məhv edirlər.
Fermerlər Oğuzda siçanların çoxaldığı sahələri dərmanlamaqla gəmiricilərin tarlalara vurduğu ziyanı məhdudlaşdırmağa, onların artımının qarşısını almağa çalışırlar.
Fermerlər bildiriblər ki, gəmiricilərə qarşı həyata keçirilən tədbirlər hələ ki gözlənilən nəticəni vermir. Onların kökü yalnız mənfi temperaturun yaranması və qar yağması ilə kəsilə bilər.
Bitki Mühafizə Mərkəzinin Oğuz rayon şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda əkin sahələrinə ziyan vuran gəmiricilərə qarşı effektli mübarizə üçün qurumun əməkdaşları fermerləri təlimatlandır, onları aldadıcı yemlərlə təmin edirlər.
Qeyd olunub ki, rayonda bu il 16 min 317 hektar sahədə arpa və buğda səpilib. Səpin aqrotexniki qaydada yerinə yetirilib, bitiş də yaxşı alınıb. Ancaq havaların quraq keçməsi ilə əlaqədar sahələrdə ziyanvericilərin sayı artıb. Aparılan müşahidə nəticəsində 8 min 996 hektarda gəmiricilərin yayılması aşkar edilib, 8 min 946 hektarda isə kimyəvi mübarizə işləri aparılıb.
Qalereya
Oxşar xəbərlər
Ata "namusunu təmizləmək" üçün qızını öldürmək İSTƏDİ
Bakının Qaradağ rayonu ərazisində qızını öldürməyə cəhd etməkdə ittiham olunan 1958-ci il təvəllüdlü Rəfail Cavadovun məhkəməsi başa çatıb. BAKU.WS Demokrat.az-...