Oğuzda bəy toy günü qəzaya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və iki sərnişini yüngül xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzullayevin bu gün toyudur. O, Xaçmaz kəndində qız toyunda iştirak etməli idi.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...