Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb
Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.
Rayonun Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviçin idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sarayda tikiş sexi yanıb
Sarayda tikiş sexi yanıb. Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içə...