Oğuzda AĞIR QƏZA: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Oğuzda AĞIR QƏZA: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Açıqlama
Hadisə 20

Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü F.Rzalı və avtomobildə olan sərnişinlər- 1961-ci il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzalı, 2020-ci il təvəllüdlü T.Rzalı xəsarət alıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə bildirilib ki, iyunun 15-i saat 06:00-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Yaralılara döş qəfəsinin səthi travması, bədənin müxtəlif nahiyələrinin kəsilmiş, cırılmış yaraları, burun sümüklərinin və qabırğaların sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1991-ci il təvəllüdlü pasiyent (kişi) ambulator müalicə üçün evə buraxılıb.

Digər üç nəfər isə daha ixtisaslı tibbi xidmət alması üçün Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər