Oğuzda 3 avtomobil toqquşdu, biri kanala aşdı - FOTO

Oğuzda 3 avtomobil toqquşdu, biri kanala aşdı - FOTO
Foto
Hadisə 108

Oğuz rayonunda 3 avtomobil toqquşub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək "Chevrolet Cruze" markalı avtomobilə dəyib, daha sonra kanala aşıb. Həmin vaxt arxadan gələn "Hyundai Tucson" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə "Hyundai"ın sürücüsü ağır xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər