Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Oğurluq və qanunsuz narkotik dövriyyəsinə görə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən xəbər verilib.
Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.
Oxşar xəbərlər
Bakıda məktəblilərə narkotik satan qadına hökm oxunub
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Göyçək Əliməmmədovaya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan mərhum edilib. BAKU.WS...