Oğurluğa görə axtarışda olan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, V.Kazımov bir müddət öncə tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan edilib.
M.Əmrəliyev isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...