Oğurluğa getdi, tutulacağını bilib özünə qəsd elədi
Şəmkirdə oğurluq edən şəxs tutulacağını anlayaraq, özünə qəsd edib.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini 35 yaşlı Rövşən Allahverdiyev oğurluq məqsədilə daxil olduğu evdə tutulacağını anlayaraq özünə kəsici alətlə xəsarət yetirib.
Məlumata görə, ev sahibi hadisədən xəbər tutaraq, dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Bu zaman Rövşən Allahverdiyev hadisə yerində özünə qəsd edib. Yaralı halda xəstəxanaya çatdırılan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Araşdırmalar zamanı məlum olub ki, ev sahibi Sahib Əliyev oğlu ilə birlikdə daha əvvəl məhkumluq həyatı yaşayıbmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
22 ildir kollecə rəhbərlik edən Mətanət Pirquliyeva vəzifəsindən AZAD EDİLDİ
Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva vəzifəsindən azad edilib. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Qeyd olunub ki, M.Pirquliy...