Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Novruz bayramına görə rayondan qohumlarının evinə altı ədəd kütüm balığı və üç balon qatıq gətirən şəxsin yükü metronun “Koroğlu” stansiyasının yaxınlığında oğurlanıb.
BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının apardıqları araşdırma zamanı oğurluğu 1988-ci ildə Göyçay rayonun Yalman kəndindən anadan olmuş Nazimin (şərti) törətdiyi müəyyənləşib.
O, zərərçəkmişin 12 kq çəkisi olan kütüm balığını və üç balon qatığını oğurladığını etiraf edib.Nazim oğurladığı malları geri qaytardığından məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilib və sərbəst buraxılıb.
Oxşar xəbərlər
Bakıda baş verən dəhşətli qətl - sərxoş halda yataq otağına girib... - VİDEO
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib. BAKU.WS BAKU.TV-yə istinadən xə...