Oğul qorxudan atasını polisə verdi
09
apr
2021
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayon sakinindən odlu silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...