Oğul anasının sözünə görə həyat yoldaşını qətlə yetirdi - Dəhşətli hadisənin TƏFƏRRÜATI

Oğul anasının bir sözünə görə ona xəyanət etdiyini düşündüyü həyat yoldaşını qətlə yetirib.
Belə ki, içki aludəçisi olan Anar həyat yoldaşı Vəfa və anası Nübarla birlikdə atasından qalan mənzildə yaşayırdı. Bir gün Anar səhər kafedən çıxır və spirtli içki qəbul etdiyi üçün səndələyərək evə gəlir. Anası onu heç nə olmamış kimi mehribanlıqla qarşılayır, həyat yoldaşı isə ona "Yenə içmisən?" deyə soruşur.
Nübar gəlininə "Yaxşı edir, oğlumla işin olmasın" cavabını verir. Bu, onların ailə həyatında hər gün təkrarlanan bir vəziyyət idi. Növbəti gün Anar anasından təqaüd kartını istəyir. Vəfa etiraz etsə də, Nübar əsəbiləşərək onu təhqir edir. Daha sonra Anar kartdan pulu çıxarır və içmək üçün kafeyə yollanır.
Bütün bunlar baş verərkən Vəfa sinif yoldaşı ilə yazışaraq, əri tərəfindən ona yaşadılan stresi unutmağa çalışır. Onu kənardan gizlicə izləyən Nübarın isə gəlini barədə ağlına pis və məkrli fikirlər gəlir.
Evə sərxoş və yarıyuxulu qayıdan Anar dəhlizdə oturan anasından "Vəfa pozğundur, o səni aldadır" sözlərini eşidir və gecəni əsəbi vəziyyətdə keçirir.
Növbəti gün yuxusuz olmasına baxmayaraq, Anar həyat yoldaşını izləməyə qərar verir. Vəfa bəzənərək, sinif yoldaşları ilə görüşəcəyini deyib evdən çıxır. İçkinin təsirindən ayılan Anar qəzəbli halda onu gizlicə izləyir. Daha sonra isə Vəfanı gözdən itirir və evə qayıdır. Vəfa sinif yoldaşları ilə görüşdən qayıtdıqdan sonra Anar onu yataq otağında bıçaq zərbələri ilə qətlə yetirir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Avtobus dayanacağında mübahisə qanla bitdi: 16 yaşlı yeniyetmə HƏBS EDİLDİ
Şərur rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə 11 fevral 2025-ci il tarixdə Şərur şəhərinin Nizami küçəsində yerləşən avtobu...
