Oğlunun narkotik qəbul etməsindən şübhələnən ana özünü yandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 43 yaşlı qadın özünü yandırıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən günorta saatlarında paytaxt sakini, 1979-cu il təvəllüdlü G.Məmmədova Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun üzünün və yuxarı ətraflarının yandığı müəyyən edilib.
Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı qadının evdə oğlu ilə mübahisə etdiyi və bu zəmində özünü yandıraraq intihara cəhd etdiyi məlum olub. Belə ki, G.Məmmədova oğlu Turalın (şərti) evə gəlməməsi və onun narkotik vasitə qəbul etməsindən şübhələndiyi üçün əsəbiləşərək canına qıyıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Uşaqdır dediyi dayısı oğlu ilə mesajlaşdı, xəyanət etdiyi üçün ölümünə səbəb oldu - TƏFƏRRÜAT
Tərtərdə dayısı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS xəbər verir ki, “lent.az” həmin...