Oğlunu kürəyindən bıçaqlayan şəxsə HÖKM OXUNDU

Oğlunu kürəyindən bıçaqlayan şəxsə HÖKM OXUNDU
Hadisə 29

Paytaxtın Biləcəri qəsəbəsində oğluna bıçaqla ağır xəsarət yetirən şəxsə hökm oxunub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 1979-cu il təvəllüdlü Nazim Əliyevi Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilib.

Araşdırmalarla müəyyən edilib ki, N.Əliyevin həyat yoldaşı illər əvvəl onu və oğlu Teymuru tərk edib. Teymur ata nənəsi və babasının yanında böyüyüb. Bir neçə ay əvvəl isə o, atasının sərxoş halda olmasına etiraz edərək mübahisəyə başlayıb. Mübahisə zəminində Nazim Əliyev oğluna kürək nahiyəsindən bıçaqla zərbə endirib.

Xəstəxanaya yerləşdirilən Teymurun həyatı xilas edilib.

Məhkəmədə zərərçəkən şəxs atasından şikayətçi olmadığını, onun ailədə yeganə qazanc gətirən şəxs olduğunu deyib və yüngül cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə 47 yaşlı şəxs 3 il müddətinə həbs cəzasına məhkum olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər