Oğlanlar arasındakı alçaldıcı əməlin qanlı sonu: "Məktəb vaxtı da kişi deyildin"

Boksçu məktəb illərindən bəri onu təhqir edən sinif yoldaşını qətlə yetirib. Belə ki, Əflatun (adlar şərtidir) uşaq yaşlarından boksla məşğul olub, ailəsinin dəstəyi ilə yarışlarda uğur qazanıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra isə tək yaşamağa başlayıb. Bir gün Əflatun keçmiş sinif yoldaşı Qubadla qarşılaşır. Onunla söhbət zamanı vaxtının olmadığını deyir.
Qubad təkid edərək, heç olmasa bir neçə dəqiqə onunla vaxt keçirməsini istəyir və Əflatunun telefon nömrəsini alır. Daha sonra onlar kafedə görüşüb birlikdə içki içirlər. Söhbət zamanı Qubad onu təhqir edir və "sən məktəbdə mənim şilləmin altında böyümüsən" deyir.
Bu sözlər Əflatunu dərin şəkildə alçaldır. Əflatun hadisəni unuda bilmir, məşqlərdə fikri dağılır. Bir neçə gün sonra Qubad ondan üzr istəyərək, barışmaq üçün yenidən görüş təklif edir. Onlar kafeyə gedib içirlər, sərxoş halda küçəyə çıxırlar. Daha sonra şəhərdəki binalardan birinin yaxınlığında yerləşən yarımtikiliyə girirlər.
Qubad yenidən Əflatunu ələ salır, nalayiq sözlər işlədir və boğmağa cəhd edir. Əsəblərinə hakim ola bilməyən Əflatun kafedən götürdüyü bıçaqla Qubada bir neçə zərbə vurur. O, hadisə yerində həyatını itirir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Daşkəndə uçan təyyarə Bakıya məcburi eniş edib
17 oktyabr tarixində "LOT Polish Airlines" aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən "Boeing 737" tipli hava gəmisinin kapitanı Heydər Əl...
