Oğlan ata-anasının evindən külli miqdarda pul oğurladı
19
dek
2022
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda oğlan valideynlərinin evindən oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13 500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətmək...