Odlu silahdan yaralanan çoban öldü
02
sen
2026
17:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib.
İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarət nəticəsində vəfat edib. Onun çoban olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...