Ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb

Ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb
Hadisə 611

Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər