Nəvəsindən ayrılmaq istəməyən nənə maşına ilişdi, süründü – Azərbaycanda DƏHŞƏT
18
avq
2018
11:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərinin mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan xanım övladını özü ilə aparmaq istədiyi zaman qayınanasının müqaviməti ilə üzləşib.Şəhər sakini olan 1971-ci il təvəllüdlü Həşimova Gülnarə Rəsul qızı əli ilə nəvəsinin olduğu maşının qapısından tutub. Lakin markası hələlik məlum olmayan avtomobilin sürücüsü buna məhəl qoymayaraq maşını hərəkətə gətirib. Bu zaman əli necəsə maşına ilişib qalmış qadın avtomobilin arxasınca sürüklənib. Avtomobil hadisə yerindən uzaqlaşıb, qadın isə yıxılaraq yerdə qalıb. Nəticədə ağır bədən xəsarətləri alan G.Həşimova xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yaralı qadına qarşı ağlasığmaz hərəkət
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in APA-ya istinadən xəbərinə görə...