İntihara cəhd edən feminist Aysel Ələkbərzadə əməliyyata hazırlanır - RƏSMİ

10
mar
2020
14:18
Bakıda 8 mart günü feministlərin aksiyasında qaldırdığı şüarla ictimai qınağa tuş gələn, daha sonra intihara cəhd edən fəal Aysel Ələkbərzadə əməliyyata hazırlanır.
Bu barədə BAKU.WS-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edən 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-sabitdir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır.
Oxşar xəbərlər
Bakıda qaldırdığı plakatla məşhurlaşan qızın intihara cəhd etdiyi yer - VİDEO
Bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə...
