İntihar etmək istəyən qızı belə xilas etdilər - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə bir nəfərin Bakı şəhəri, Xətayi rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən və tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, FHN-in xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər danışıqların taktikasını müəyyən edərək intihara cəhd edən şəxslə psixoloji söhbətlərə başlayıblar.
Aparılan danışıqlar nəticəsində intihara cəhd edən qız özünə qəsd etmək fikrindən daşınıb.
Oxşar xəbərlər
Bakıda intihara cəhdin qarşısı alınıb
Bakının Xətai rayonunda intihara cəhd olub. Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə...