İntihar edən Arzunun nəşi sevgilisi şəhid Vəli Mustafayevin yanında dəfn edildi - VİDEO

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Vəli Mustafayevin sevgilisi Arzu Oruczadə onu tək qoymayacağını bildirərək intihar edib və Kürdəxanı qəbiristanlığında dəfn olunub.
Arzu intihar etməzdən öncə məktub yazaraq Vəlinin yanında dəfn edilməsini vəsiyyət edib. Onun nəşi Kürdəxanı qəbiristanlığından çıxarılaraq Ağstafanın Qarahəsənli kəndinə gətirilib və şəhidin yanında dəfn olunub.
Şəhidin bacısı Ceyhunə Mustafayeva Baku TV-yə açıqlamasında Arzunun ona yazdığı son mesajdan danışıb:
“Dedi ki, anana de, gəlini də gedir oğlunun yanına. Onu tək qoyan deyiləm. Zəng etdim, cavab vermədi”.Şəhidin yaxınları onların sevgisini 1990-cı ilin 19-20 yanvar tarixində şəhidlik zirvəsinə ucalan İlhamın və həyat yoldaşının itkisinə dözməyərək intihar edən Fərizənin sevgi dastanına bənzədiblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...
