İnterpolun axtardığı məşhur "kriminal avtoritet" İstanbulda öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
İnterpolun axtardığı Serbiyanın məşhur "kriminal avtoritet"i İstanbulda öldürülüb.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, ölkəsində qırmızı bülletenlə axtarışda olan "Skaljari" (Serbiyada qəsəbə) bandasının lideri Yovica Vukotiç İstanbulun Şişli rayonunda avtomobili ilə gedərkən silahlı hücuma məruz qalıb. Həmin vaxt yeraltı dünyasının məşhurlarından olan Yovica Vukotiçin sevgilisi və uşaqları da yanında olub.
Motosikletlə avtomobilə yaxınlaşan silahlı şəxs 5 dəfə atəş açıb, nəticədə Vukotiç sevgilisinin və övladlarının yanında aldığı güllə yaralarından ölüb. Məlumatda bildirilir ki, güllələrdən dördü Yovica Vukotiçə dəyib.
Qeyd edək ki, Vukotiçin sui-qəsd nəticəsində öldürülmüş Serbiyanın Baş naziri Zoran Cinciçin qatili Luka Bojoviçlə yaxın dost olduğu iddia edilirdi.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...