“İnstagram”da insanları aldadaraq dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“İnstagram” sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub.
Onun “İnstagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul isdədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib.
Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.
Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...