İnək aparan qadına gözü düşdü: ağaclardan birinin dibinə yıxıb...
Zorlamada təqsirli bilinən Qusar rayon sakini, 1981-ci il təvəllüdlü Müzafəddin Orucovun məhkəməsi başa çatıb.
BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, Müzafəddin Orucov 2005-ci ildə 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. 8 il həbsdə qalan Müzafəddin Orucov 2012-ci ilin sonunda azadlığa çıxıb.
İnək aparan qadına gözü düşdü
Müzafəddin Orucov Qusarın Torpaq-Körpü kəndinə dönəndən sonra həyatını sakit, rəvan davam etdirmək əvəzinə, xoşagəlməz fikirlərə düşüb. O, 7 iyul 2014-cü il tarixdə içki məclisində olub. Müzafəddin məclisdən sonra saat 21 radalərində Sələhoba ilə Torpaq-körpü kəndlərinin arasındakı yolla at arabasında evinə gedərkən gözü yol kənarında inək aparan xanıma sataşıb. O, at arabasından düşərək Sələhoba kənd sakini Şirin Əliyevaya (ad və soyad şərti verilib) yaxınlaşıb. Və ona cinsi əlaqədə olmağı təklif edib. Rədd cavabı alınca, qadına təcavüz etmək fikrinə düşüb. Müzafəddin Orucov Şirin Əliyevanın saçlarından tutub zorla arabaya mindirib. Arabanı 100-150 metr aralıda yerləşən fındıq bağına çəkən Müzafəddin Orucov qadını minikdən düşürüb ağaclardan birinin dibinə yıxıb.
Şirin Əliyevanın paltarlarını cırıb əynindən çıxarsa da, qadın müqavimət göstərib. Məqsədinə çata bilmədiyini görən təcavüzkar qurbanı ölümlə hədələyib. O, bu yolla qadının müqavimətini qıraraq onunla cinsi əlaqədə olub.
Yenidən həbsə
Şirin Əliyevanın şikayətilə Müzafəddin Orucov həbs edilib. Müzafəddinə Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müzafəddin Orucov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkir.
Prokuror qərardan narazıdır
Hökmdən narazı qalan Müzafəddin Orucov Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini qismən təmin edərək, cəzasını 7 ilə endirilib. Prokurorluq qərardan narazı qalıb. Kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılıb. Protestin dəlilləri müəyyən ediləndən sonra sonda qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kirayədə yaşayan qız oğlan üstündə rəfiqəsini döydü – ŞOK TƏFƏRRÜAT
Sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Samirə Vəliyevanın (ad və soyad şərti verilib-H.Z.) cinayət işi üzrə məhkə...