Nizami rayonunda "Sherlock Park" restoranında nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A ünvanında yerləşən, fiziki şəxs Zümrüd Mürvət qızı Bədirliyə məxsus "Sherlock Park" ictimai iaşə obyektində keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.
Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (iki ədəd xoruz, iki ədəd lal ördək və bir ədəd hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.
Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s.) satışının həyata keçirilmədiyini, "Instagram" səhifəsində müştəri cəlb etmək məqsədilə reklam olunduğunu bildirib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.
Qalereya
Oxşar xəbərlər
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib. 1970-ci il t...