Nizami rayonunda ağaclar məhv edilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər oksigen mənbəyi olan ağacların kəsilməsinə narazıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Report”a açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiqləyib:
“Dünən axşam saatlarında Nizami rayonu, Şərifli küçəsi 2524 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. Dərhal Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional İdarəsinin əməkdaşları həmin əraziyə yollanıb və ağac kəsilməsi faktı aşkar edilib. Eyni zamanda hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb. Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma davam edir.
Çünki həmin ərazi qismən hasarlanmış ərazidir. Ərazinin mənsubiyyətinin öyrənilməsi ilə bağlı sorğular aparılıb. Yaxın günlərdə müvafiq cavablar alındıqdan sonra araşdırma davam etdiriləcək. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Vərəm xəstələrinin müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da sözügedən ərazidə yerləşir.
"Report" mövzu ilə bağlı reportajını təqdim edir.
Oxşar xəbərlər
Məmurun rəhbərlik etdiyi cinayətkar dəstənin tutulması ilə bağlı AÇIQLAMA - ƏMƏLİYYAT VİDEOsu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı məsələyə münasibət bildirib....